İlin peşəkar gəncləri müəyyənləşdirildi


Baxıldı : 103

Tarix : 2018-08-03 20:21:15


Ötən sayımızda məlumat verdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi iyulun 25-də «2017-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər qazanmış gənclərə «İlin peşəkar gənci» Fəxri adının verilməsi haqqında» qərar qəbul etmişdi.

Qərarda qeyd olunurdu ki, Azərbaycanda bu gün dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, üzv təşkilatları ilə birlikdə, ümummilli liderin gənclərlə bağlı siyasətini rəhbər tutaraq, işləyən və təhsil alan oğlan və qızların cəmiyyətdə fəallığını artırmağa, hüquq və mənafelərini qorumağa çalışmış, onların hərtərəfli inkişafına yönələn qərarlar qəbul etmişdir. Peşəkar, istedadlı gəncləri təsis etdiyi müxtəlif mükafatlarla stimullaşdırmışdır. Belə mükafatlardan biri də «İlin peşəkar gənci» Fəxri adıdır. İcraiyyə Komitəsində 18 sahə həmkarlar ittifaqından təklif olunan onlarla gəncin sənədinə baxılmışdır. Onlardan bir neçəsi fəxri ada daha münasib bilinmişdir. Həmin gənclərin adlarını qəzetimizin 2-ci səhifəsində oxuculara təqdim edirik.