İlk görüş faydalı olub


Baxıldı : 37

Tarix : 2020-01-10 15:08:37


Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbər heyəti ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen arasında ilk görüş keçirilib. Görüşdə qitənin işçiləri üçün mühüm əhəmiyyət kəsb edən bir sıra vacib məsələlər, o cümlədən kollektiv danışıqlar yolu ilə maaş artımı müzakirə olunub.

 

AHİK çoxdan gözlənilən əməkhaqqı artımına dair planları alqışlayır və kollektiv danışıqların maaşların azaldılmasına qarşı və bərabərsizliyi aradan qaldırmaq üçün davamlı bir həll olduğunu düşünür. Görüş zamanı Ursula fon der Leyen kollektiv danışıqların sosial bazar iqtisadiyyatı üçün əsas önəm kəsb etdiyini deyib. Və AHİK-dən hər bir üzv ölkədə kollektiv danışıqların gücləndirilməsi ilə bağlı təkliflər hazırlamağı xahiş edib.

AHİK Avropa Komissiyasının ilk 100 gün ərzində digər prioritetləri üçün ehtiyac duyulan məqamlarını vurğulayıb:

* həqiqi ədalətli keçid və güclü bir sosial ölçü, həm Avropanın ekoloji sazişində, həm də rəqəmsal xidmətlər qanununda, heç bir işçinin geridə qalmamasını təmin etməkdir.

* əməyin ödənilməsi və rəqəmsal qanunvericilikdə olan boşluğu aradan qaldırmağa yönələn xüsusi tədbirləri özündə cəmləşdirən əməkhaqqı şəffaflığı təşəbbüsü qeyri-standart məşğulluğa son verir.

* sosial hüquqların Avropa sütununun tam şəkildə həyata keçirilməsi, həmkarlar ittifaqlarının Avropanın gələcəyi və Brexitlə bağlı danışıqların növbəti mərhələsi ilə bağlı konfransda iştirakı.

AHİK bu ümumi prioritetlərin həyata keçirilməsində fəal iştirak etməyə hazır olduğunu bildirib və Avropa Komissiyasının proqramı ilə bağlı yeni uzunmüddətli AB büdcəsinin tez bir zamanda təsdiqlənməsinin vacibliyi barədə razılığa gəlib.

Bu görüşdən sonra AHİK-in Baş katibi Luka Visentini deyib: “Konfederasiya  prezident Ursula fon der Leyen ilə ilk müsbət görüşünü keçirdi. Və kollektiv danışıqların işçilərin ədalətli payını təmin etməyin ən yaxşı yolu olduğuna razılaşdıq.

Avropalı işçilər üçün əməkhaqqının artması onillik sərt iqtisadiyyatdan sonra çoxdan çatmışdır, lakin minimum əməkhaqqı yalnız ilk addım ola bilər - bərabərsizlik probleminin davamlı həlli Avropadan onların işlədiyi sahədə kollektiv danışıqları qorumağı və zəif olduqları yerlərdə irəliləməsini tələb edir.

Kişi və qadınların əməyinin ödənilməsində tam şəffaflıq, iqlim dəyişikliyinə sosial ədalətli keçid və qeyri-standart məşğulluğun dayandırılması da Komissiyanın hədəfinə çatması üçün zəruri olan prioritetlərdir.

Həmkarlar ittifaqları Avropada işçilər arasında inamın bərpasında mühüm rol oynayır və əminik ki, bu görüş yeni tərkibli Komissiya ilə güclü sosial dialoqun başlanğıcı olacaqdır.”

Görüş ərəfəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Yaxın Şərq regionunda güc tətbiqinin dayandırılması ilə bağlı çağırış da edib.