“İlkin tibbi yardım hər kəs üçündür”


Baxıldı : 56

Tarix : 2020-03-06 17:27:19


Fevralın 27-dən martın 1-dək Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə “İlkin tibbi yardım hər kəs üçündür” adlanan layihə həyata keçirilib.

13-cü qrant müsabiqənin qaliblərindən biri olan bu “İlkin tibbi yardım hər kəs üçündür” layihəsinin rəhbəri, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ATU THİK) sədr müavini Cavid Mustafazadədir. O bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə, tələbələrə, ekstrimal vəziyyətlərdə xəstələrə ilkin tibbi yardım göstərmək bacarığının öyrədilməsidir. Bu bacarıq seminarlar praktiki təlimlər vasitəsilə aşılanır. Artıq bu istiqamətlərdə addımlar atılıb. Bakı Dövlət, Bakı Müəllimlər, Azərbaycan Dövlət Neft Sənayesi və Azərbaycan Tibb Universitetlərində təşkil edilmiş seminar və təcrübə təlimlərində 208 tələbə iştirak edib. Seminar və təlimləri Habil Seyidov aparıb. Sonda test üsulu ilə təşkil olunan imtahanda 10 tələbə 70 faizdən çox bal toplayıb. Qaliblərə diplom və hədiyyələr təqdim edilib, sertifikatlar verilib. Layihənin müəllifi C.Mustafazadə müxbirimizə bildirdi ki, təlimlərdə fərqlənmiş tələbələrdən ibarət “İlkin tibbi yardım” komandası formalaşdıraraq onların bacarıqlarından Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə istifadə etməyi nəzərdə tutmuşuq.