İmmun sistemini möhkəmləndirmək üçün


Baxıldı : 38

Tarix : 2019-02-11 04:43:43


 

İmmun sistemini möhkəmləndirmək olduqca vacibdir. Bu, soyuq fəsillərdə soyuqdəymə və iltihabi xəstəliklərin inkişafının qarşısını alır.

İmmun sistemini möhkəmləndirmək üçün çox effektli təbii qarışığın reseptini sizə təqdim edirik.

200 qr zəncəfil, 2 limon, 1 stəkan duru bal götürülür. Zəncəfil soyulur, doğranılır, blenderdən keçirilir. Limon yuyulur, 2 hissəyə bölünür, çəyirdəkləri çıxarılır, blenderdən keçirilir. Zəncəfil limonla qarışdırılır. Sonra bu qarışığa bal əlavə olunur.

Bu qarışıq soyuducuda saxlanılır, gündə 3 dəfə, 1 çay qaşığı olmaqla, yeməkdən əvvəl qəbul edilir.