İmmuniteti qüvvətləndirir


Baxıldı : 287

Tarix : 2017-12-08 18:33:53


İnsan sağlamlığı baxımından önəmli bir yer tutan innab qədim dövrlərdən etibarən alternativ tibb vasitəsi kimi istifadə edilib. Tərkibi A və C vitamini ilə zəngindir. Eyni zamanda kalsium, maqnezium, fosfor və xüsusilə potasium baxımından da inanılmaz dərəcədə zəngindir. İnnabın tərkibində olan bol antioksidant və C vitamini səbəbi ilə xərçəng xəstəliklərində qoruyucu təsiri var. Sürətli şəkildə arıqlamağa kömək edir. İnnab həzmi asanlaşdıraraq qəbizliyi aradan götürür. Güclü antioksidant özəlliyi səbəbilə bu kiçik meyvə qaraciyər problemlərindən müxtəlif xərçəng növlərinə qədər bir çox xəstəliyin sağalma müddətində müsbət təsirlər yaradır. Gündə bir ovuc yeyilən innab xüsusilə qışın müxtəlif infeksion xəstəliklərindən qorunmağa və immuniteti sürətli şəkildə gücləndirməyə kömək edir. Tərkibində bol miqdarda fosfor olması ilə bağlı innab meyvəsinin sümük və diş sağlamlığına faydalı olduğu bilinir.

Azər MUSTAFAYEV