İşin ço...


Baxıldı : 203

Tarix : 2016-11-04 05:27:00


İşin çoxluğu ilə əlaqədar iki aydır ki, istirahət günləri də işə çıxmağı tələb edirlər. Buna görə bizə əlavə əməkhaqqı ödənilməlidirmi və hansı qaydada?Sərvər MANSUROV,Bakı şəhəri.- Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədilə adıçəkilən Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Qeyd edilənlərdən və fasiləsiz istehsalatlardan, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, istirahət, səsvermə və iş günü olmayan bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb edilməsi yolverilməzdir.Məktubunuzda hansı sahədə işləməyinizi qeyd etmədiyiniz üçün istirahət günlərı vaxtamuzd, işəmuzd və ya aylıq iş norması ilə işləyənlər üçün ödənilən əməkhaqqının müəyyən edilməsini nəzərinizə çatdırırıq. Belə ki, Əmək Məcəlləsinin 164-cü maddəsinə görə, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə-a) əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;b) əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətindən aşağı olmamaqla;ç) aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.Qanunvericiliyə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər (Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi).İşçi müəyyən səbəbdən işə gələ bilmirsə, onun işini başqa işçiyə həvalə etmək olarmı? Bu zaman əməkhaqqı necə ödənilməlidir?Ramin BABAYEV,Gəncə şəhəri.-Bu məsələ Əmək Məcəlləsinin 61-ci maddəsi ilə tənzimlənir. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə əvəzedənin maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif maaşı əvəzedənin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə müəyyən edilir.Boş vəzifə üzrə işçiyə 3 aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.Əməkhaqqının minimum əməkhaqqın a uyğun deyil, mövcud yaşayış minimumuna uyğun olaraq ödənilməsinin düzgün olub-olmaması haqqında məlumat verməyinizi xahiş edirəm.Zahid YAQUBOV,Bakı şəhəri.-Sizin sorğunuzla bağlı nəzərinizə çatdırmaq istəyirik ki, ölkə Prezidenti tərəfindən yaşayış minimumunun artırılması əməkhaqqı artımı hesab olunmur.Lakin minimum əməkhaqqı artırılarsa, bu halda minimum əməkhaqqı ilə çalışan işçilərin əməkhaqları yeni müəyyən olunmuş minimum əməkhaqqı məbləği ilə ödənilir.