İnamı qazanmışıq


Baxıldı : 45

Tarix : 2017-09-23 01:11:10


Naxçıvanlılar bilir, ölkəmizin digər ərazilərində yaşayanlar üçün deyim ki, muxtar respublikamızda, xüsusilə son dövrlərdə, səhiyyənin maddi-texniki bazası diqqətçəkən dərəcədə möhkəmləndirilmiş, tibb işçilərinin sağlam, təhlüəsiz, məhsuldar fəaliyyət göstərməsi təmin edilmişdir. Sahə həmkarlar ittifaqının da öz vəzifəsini səlahiyyətləri, qanunların verdiyi imkanlar daxilində yerinə yetirməsinə hər cür şərait yaradılmışdır. Biz bu şəraitdən maksimum yaralanmağa səy göstəririuk. Çalışırıq ki, istisnasız olaraq, təşkilatımızın bütün üzvlərinin sosial, əmək, istirahət hüquqlarını qoruyaq.

Aprel-may aylarında ilk təhkilatlarda keçirilən hesabat-seçki yığıncaqları və iyun ayında baş tutumuş Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Təşkilatının X konfransı göstərdi ki, təvazökarlıqdan kənar olsa da, biz bu vəzifənin öhdəsindən gələ bilirik. Məhz buna görədir ki, üzvlər təşkilatımıza etimad göstərir, üzləşdikləri problemləri bizimlə birlikdə çözməyə üstünlük verirlər. Bu inamı konkret rəqəmlərdən də görmək olar.

Son illərdə komitəmizin ünvanına 65 ərizə, şikayət, məktub və sorğu daxil olmuşdur. 2 ərizə əsassız işdən çıxarılma, 35 ərizə əməkhaqqının düzgün hesablanmaması və vaxtında ödənilməməsi, 17 ərizə ixtisar zamanı qanunun tələblərinin pozulması və müavinətlərin düzgün verilməməsi, 11 ərizə isə sanatoriya yollayışı ilə bağlı idi. Bu müraciətlərin 50-si qanun çərçivəsində müsbət həllini tapdı, 15 şikayətin  isə əsassız olduğu müraciət müəllifinə izah edildi.

Xidmətimizdə olan müəssisələrdə işəgötürənlərlə işçilər arasında kollektiv müqavilənin bağlanması məsələsini daimi nəzarətdə saxlayırıq. Son iki ildə 30-dan çox üzv təşkilatımızda kollektiv müqavilə vaxtı çatdığından yenilənmişdir. Sahə həmkarlar ittifaqında penspektivli gənc kadrlara böyük etimad göstərilir. Təsadüfi deyil ki, son hesabat-seçkilərdə 25 gənc ilk həmkarlar ittifaqı təşkilatının sədri vəzifəsinə irəli çəkilmişdir.

Biz təşkilat üzvlərinin uşaqlarına da qayğımızı əsirgəmirik. "Uşaqları sağlam və gümrah böyüdək" mövzusunda tədbirlər planı hazırlayıb həyata keçirmişik. Plana uyğun olaraq Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında uşaqlar qeydiyyata alınmış, xəstə uşaqların valideynləri ilə söhbətlər aparılmış, onlara tibbi tövsiyələr və məsləhətlər verilmişdir. "Əlli sual, əlli cavab" kitabı alınıb, körpəsi olan 100-dən çox valideynə pulsuz paylanmışdır.

İmkansız ittifaq üzvlərimizin müalicə və müayinə olunmasına da kömək göstərmişik. Təkcə bu il ittifaq üzvlərimizdən 3 nəfərinin üzərində böyrək, 2 nəfərinin üzərində isə ürək cərrahiyyə əməliyyatı aparılmışdır. Komitəmiz əməliyyatdan sonra bu şəxslərin müalicəsinin xərcini öz üzərinə götürmüş, onları lazım olan dərman preparatları ilə təmin etmişdir.

Yeri gəlmişkən qeyd edim ki, ittifaq üzvlərimizdən 3-ü şəhid və 5-i əlil ailəsidir. Onlar hər il tərəfimizdən maddi yardım, həm də pulsuz sanatoriya yollayışı ilə təmin olunurlar.

Bütün bu sadaladıqlarım gördüyümüz işlərin qısa bir hissəsidir. Onu da deyim ki, biz əldə etdiklərimizlə kifayətlənmirik.

Yəmən RZAYEVA,

Səhiyyə İşçiləri

Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublikası

Komitəsinin sədri