İnamlı mübarizənin nəticəsi


Baxıldı : 73

Tarix : 2018-08-03 20:14:05


Norveç Lift İstehsalçıları Birliyinin mərkəzi İspaniyada yerləşən “Orona” Lift İstehsalı və Təmiri Şirkəti ilə müştərək müqavilə imzalamağa nail olublar. Şirkətə bunula bağlı təklif 3 ay öncə ünvanlansa da, rədd edilmişdi. 19 işçinin bundan sonra tətil keçirməsi ilə qurum müqaviləni imzalamağa razı olub. Aparılan danışıqlarda şirkət çalışanlarıyla müştərək müqavilənin imzalanması və tərəflərin  razılaşmaya sadiq qalması barədə məsələlər müzakirə olunub.

İndustriALL Qlobal İttifaqı çalışanların birlikdə mübarizəsini rəğbətlə qarşılayıb. İttifaqın nümayəndəsi Mattias Hartviç tətil iştirakçılarının sayının az olmasına baxmayaraq, qazandıqları uğuru yüksək qiymətləndirib.

Norveç Lift İstehsalçıları Birliyinin baş katibi məsələ ilə bağlı bildirib ki, bu bizim üçün bir zəfərdir: “Mübarizələrinə görə 19 mütəxəssislə qürur duyuram. Digər həmkarlar təşkilatlarından da güclü dəstək vardı. “Orona” müqavilə imzalamamaq üçün çox səy göstərdi, hətta Norveç bazarından çəkiləcəklərini bildirdi. Lakin biz tələbimizdən dönmədən qələbə qazana bildik”.

Cavid SƏFƏROV