İndi bizimlə silah dilində danışmaq qeyri-mümkündür


Baxıldı : 96

Tarix : 2017-04-08 05:09:15


31 Mart - Azərbaycanlıların Soyqırımı Günü sahə həmkarlar ittifaqlarında geniş qeyd olunmuşdur. Bu münasibətlə Elektroenergetika və Elektrotexnika Sənayesi, Neft və Qaz Sənayesi, Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri respublika komitələrində, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Hİ Federasiyasında, "İnşaat-İş" Həmkarlar İttifaqında və bu qurumların strukturlarında yığıncaqlar keçirilmişdir.Yığıncaqlarda 1918-ci ilin mart ayında erməni daşnaklarının Bakıda və ölkəmizin bir çox bölgəsində törətdikləri qırğınları kədər və qəzəb hissi ilə xatırlamışlar. Çıxışlarda bildirilmişdir ki, yurdu-yuvası, zatı-kökü bilinməyən ermənilər tarixdə namərdlikləri ilə tanınıblar. Ərazilərində məskunlaşdıqları dövlətlərin himayəsindən sui-istifadə edərək canavar xislətlərini büruzə veriblər. Köklü xalqların torpaqlarını öz qədim əraziləri kimi qələmə verməyə çalışıblar. Son nəticədə biabırcasına qovulublar.

Təəssüf ki, son 100 ildə onların bu imansız iddialarının hədəfi Azərbaycan olub. İmperiya tərkibində olduğumuzdan ermənilərin iddialarına layiqli cavab verə bilməmişik. İştah diş altda olar deyiblər. Ötən əsrin sonuncu onilliyində daşnaklar soyqırımı əməllərini bir daha həyata keçirdilər. 2016-cı ilin aprel ayında növbəti qırğın törətməyə səy göstərdilər.

Amma bilmədilər ki, artıq Azərbaycan müstəqil və güclü bir dövlətdir. Azərbaycanla silah dilində danışmaq qeyri-mümkündür.

Çıxışlarda qürurla deyildi ki, indi bizim cəsarətli, yüksək təşkilatçılıq bacarığına malik Ali Baş Komandanımız, qüdrətli Silahlı Qüvvələrimiz, güclü iqtisadiyyatımız var.

B.Rzayev