İndoneziya Həmkarlar İttifaqları məhkəmə qaydasında su ehtiyatları haqqında qanunun yenidən nəzərdən keçirilməsinə çalışır


Baxıldı : 62

Tarix : 2020-09-11 16:20:09


Avqustun 27-də İndoneziya Həmkarlar İttifaqları hər kəsin keyfiyyətli və əlverişli suya çıxışını təmin etmək üçün su ehtiyatları haqqında  (2019-cu il tarixli 17 saylı)  qanunun yenidən nəzərdən keçirilməsi tələbi ilə məhkəməyə müraciət edib. İndoneziya Enerji Şirkəti İşçiləri Assosiasiyasının (Persatuan Pegawai Indonesia Power-PPIP) və Yava və Bali Elektrik Stansiyası İşçiləri Həmkarlar İttifaqının (Serikat Pekerja Pembangkit Jawa Bali -SP PJB) nümayəndələri tərəfindən qanuna yenidən baxılması üçün qaldırılan iddia Konstitusiya Məhkəməsində qəbul edilib və qeydiyyata alınıb.

Nümayəndə heyətinə rəhbərlik edən PPIP-nin Baş katibi Endi Vicay məhkəmə baxışının suyun xalqın milli sərvəti olduğu, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilməsi haqqında (res communes) doktrinaya uyğun olduğunu söylədi. Bildirdi ki, buna görə də dövlət nəzarəti su resurslarının tənzimlənməsi, monitorinqi və idarə edilməsi formasında həyata keçirilməli, insanların maraqlarını önə çəkməli, rifah halının yaxşılaşdırılmasına xidmət etməlidir. Bu səbəbdən dövlət insanları minimum gündəlik ehtiyacları kifayət qədər miqdarda keyfiyyətli, davamlı və sərfəli su ilə təmin etməlidir.

Baş katib dedi ki, elektrik enerjisi insanın əsas tələbatlarından biridir. Elektrik enerjisinin istehsalı məqsədilə sudan su elektrik stansiyaları üçün resurs kimi istifadə etmək olar. Bu günə qədər bu potensialın yalnız 6,4 faizi istifadə edilir. Ölkədə hidroenergetika potensialından tam istifadə olunsa, 75 KVT-a qədər enerji istehsal etmək olardı.

Milli enerji siyasətinin məqsədi 2025-ci ilə qədər enerji sektorunu şaxələndirməkdir. Bu tarixə qədər yeni və bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisinin payı iqtisadi cəhətdən səmərəli olmaqla ən azı 23 faizə çatmalıdır.

Bərpa olunan enerji idarəçiliyi yaxşı həyata keçirilən davamlı mənbələrdən istehsal olunan enerjidir. Buna misal olaraq geotermal enerji, bioenerji, külək, günəş işığı, çaylar və şəlalələrdən yaranan enerji və sairədir.

Su elektrik stansiyası ucuz, ekoloji cəhətdən təmiz və bərpa olunan enerji hesab olunur. Lakin qanunda ziddiyyətli məqamlar olduğundan su elektrik stansiyalarının istehsal səmərəliliyi faydasızdır.

Bu ziddiyyətli məqamlar su elektrik stansiyaları tərəfindən istehsal olunan elektrik enerjisinin qiymətinin artmasına təsir göstərir. Nəticə etibarilə elektrik enerjisinin satış qiyməti bahalaşır və bu, əhali üçün ağır fəsadlara səbəb olur. İnsanlar bunu ödəyə bilməyəcəklər.