İnkişaf yönündə proqnozlar verilsə də


Baxıldı : 56

Tarix : 2017-07-22 00:03:44


Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bir qrup nümayəndəsi Parisin "Elysee" sarayında Fransa prezidenti Emmanuel Makron ilə görüş keçirəcək. Görüşdə AHİK-in nümayəndə heyətində baş katib Luka Vinsentini, konfederal katib Thibaut Veber, ittifaqa bağlı fransa həmkarlar ittifaqlarının sədrləri yer alacaq.

Toplantıda Avropa Birliyinin  gələcək strategiyası, önərilən Avropa Sosial Hüquqlar Sütunu və Avropa Komissiyası tərəfindən yayımlanan müxtəlif mövzular müzakirə olunacaq. Görüşlə bağlı fikirlərini bölüşən AHİK-in baş katibi Luka Vinsentini 2017-ci ilin Avropa ölkələrinin inkişafı yönündə önəmli dönəm olduğunu  bildirib. O qeyd edib ki, liderlər iqtisadi  vəziyyətin yaxşılaşması barədə proqnozlar versə də, bu işçi sinfinin sosial rifahında özünü göstərmir: "Fransa güclü bir dövlətdir, onlar tərəfindən dəstəklənən layihələr çalışanlar üçün parlaq gələcək əldə etməsinə yardımçı olacaq. Fransa prezidenti ilə görüşü və nəticələrini səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Fransa prezidenti ilə görüşdən öncə AHİK-in baş katibi  ingilis və italyan dilində mətbuat konfransı keçirəcək.

Cavid SƏFƏROV