İnşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar


Baxıldı : 54

Tarix : 2020-09-11 16:25:41


Şəkidə müəllimlər arasında təşkil olunmuş “Həmkarlar ittifaqı və gənclər”, “Həmkarlar ittifaqı işçinin dostu və müdafiəçisidir” mövzusunda inşa-yazı müsabiqəsinə yekun vurulmuşdur.

Təhsil işçiləri həmkarlar ittifaqının qarşıdan gələn 100 illik yubileyi münasibətilə keçirilmiş bu müsabiqədə rayonun müxtəlif məktəblərindən 58 müəllim iştirak etmişdir.

Müsabiqənin təşkilatçısı olan TİAHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva iştirakçıların fəallığını, mövzuya hazırlıq səviyyəsini, həmkarlar ittifaqı işinə dərindən bələd olmalarını xüsusi qeyd etdi. Etiraf etdi ki, ilk yerləri tutanları müəyyənləşdirmək bir o qədər də asan olmadı.

Bu səbəbdən də münsiflər birinci nominasiya üzrə 2 deyil, 3 nəfəri qalib elan etdi. Qaliblərə, II- III yerləri tutanlara və həvəsləndirici yerlərə layiq görülənlərə Rayon Komitəsinin, təhsil şöbəsinin Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu.