İnsan öz çəkisindən 1000 dəfə ağır yük qaldıra biləcək


Baxıldı : 27

Tarix : 2017-09-23 00:44:06


Amerikalı alimlər tərəfindən yaradılmış süni əzələnin köməyi ilə insan öz çəkisindən 1000 dəfə ağır yük qaldıra bilər. Beləliklə, istehsalçılar gələcəkdə "Terminator"un robot prototipini yarada biləcək.

Süni əzələ 3D printerdə çap edilib.

İstehsalçılar iddia edir ki, süni əzələ adi əzələ kimi sıxılır və genişlənir. Sınaq zamanı süni mexanizm vasitəsilə insanın öz çəkisindən min dəfə ağır yükü qaldırmaq mümkün olub.

"Biz "canlı" robotların yaradılması istiqamətində son maneələrdən birinin öhdəsindən gəldik", - deyə Kolumbiya Universitetinin professoru Xod Lipson bildirib.

Layihənin müəllifləri qeyd edirlər ki, süni əzələ müxtəlif fəaliyyət sahələrində tətbiq edilə bilər.

 

Azər MUSTAFAYEV