“İnsan zorakılığına son qoyaq”


Baxıldı : 50

Tarix : 2019-03-04 04:43:51


Şəki Tibb Məktəbində “İnsan zorakılığına son qoyaq” devizi altında yığıncaq keçirilib. Xocalı soyqırımının anım gününə həsr olunmuş tədbirdə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Elnarə Muradova çıxış edib. Faciənin törənmə səbəblərindən danışıb. Qeyd edib ki, ulu öndər H.Əliyev Azərbaycan xalqına müraciətində demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlıgı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı oldu. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Təəssüf ki, bəşəriyyət bu cinayəti etiraf etməyə, onu törədənləri öz adı ilə çağırmağa tələsmir. Amma dövlətimiz Xocalı soyqırımına dünya tərəfindən siyasi qiymət verilməsi üçün uğurlu cəhdlər göstərir. Artıq onlarla dövlət Xocalı qətliamını soyqırım adlandırıb.

Bu istiqamətdə hələ çox iş görülməlidir. Biz səhiyyə işçiləri də bu işdə dövlətimizin yanında olacağıq.

Tədbirdə digər çıxışlar da dinlənildi. Çıxışlarda belə bir inam ifadə olundu ki, şanlı ordumuz tezliklə Qarabağda Azərbaycan bayrağını yüksəldəcək. Bax onda Xocalı şəhidlərinin də ruhu rahatlıq tapacaq.