İnsanlar internetdə nə qədər  vaxt keçirirlər?


Baxıldı : 23

Tarix : 2019-02-11 04:42:39



“Hootsuite” və “We Are Social” ekspertləri 2018-ci ilin yekununa görə, internetin inkişafı və onun həyatımızdakı rolunu qiymətləndirib. Orta statistik istifadəçi internetdə 6 saat 42 dəqiqə vaxt keçirir. Bu o deməkdir ki, insanlar həyatının üçdə birini internetdə keçirir.

Rusiyada orta göstərici 6 saat 29 dəqiqə təşkil edir. Filippinlilər isə internetdə 10 saatdan çox vaxt keçirir. Həmçinin Braziliya, Tailand və Kolumbiyada bu 9 saata bərabərdir. Reytinqin son pilləsində Yaponiya qərarlaşıb. Bu ölkədə insanlar internetdə 4 saatdan az vaxt keçirir. Avropanın bir sıra zəngin ölkələrində bu göstərici 5-6 saat təşkil edir.

Afrika ölkələrində isə internet istifadəçilərinin sayı yüksək templə artır. Ekspertlər bunu ucuz və ya hətta ödənişsiz internetin təmini üçün çoxsaylı təşəbbüslərin olması ilə izah edirlər.