İnsanların günlük yaşayışını yaxşılaşdırmaq üçün


Baxıldı : 71

Tarix : 2017-08-25 23:12:36


Avqustun 21-də Beynəlxalq Əmək Təşkilatının "İşin Gələcəyi" Qlobal Komissiyası"nın toplantısı baş tutub. Toplantıda İsveçın baş naziri Stefan Löfven və Mavritaniyanını prezidenti Ameenah Qurib Fakim də iştirak edib.

Komissiya BƏT-in baş katibi Qay Rayderin rəhbərlik etdiyi 4 sədrdən və UNİ Qlobal İttifaqının baş katibi Filip Cenninqin də daxil olduğu 28 üzvdən ibarətdir və 2013-cü ildə başladılan çalışma sisteminin gələcəyi ilə bağlı layihənin bir hissəsidir.

İşçi heyəti 21-ci əsrdə cəmiyyətdə sosial ədalətin təminatı, çalışma sistemindəki dəyişikliklər, layiqli əmək sisteminin yaradılması, iş və istehsalın təşkilinə dair hesabat hazırlayacaq. Və bu hesabat2019-cu ildə BƏT-in 100 illik konfransına təqdim ediləcək.

Toplantının açılışında çıxış edən baş katib Q.Rayder texnoloji yeniliklər, demoqrafik xüsusiyyətlər, iqlim dəyişikliyi və qloballaşmanın iş sistemindəortaya çıxardığı dəyişiklikdən söz açıb.O qeyd edib ki, izlədiyimiz əmək siyasəti və önəm verdiyimiz dəyərlər işığında aparılan çalışmalar hədəflənən nəticəni əldə etmək imkanı verəcək.

İsveçin baş naziri Stefan Löfven çıxışında deyib ki, bütün sahələrdə inkişaf və yeniliyi önləyə bilmərik: " Sadəcə olaraq, ona uyğun siyasət aparılmalıdır. Milyonlarla insanın günlük yaşayışını yaxşılaşdırmaq, hər kəs üçün layiqli əməyin təminatı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çalışmalıyıq".

Mərasimdə iştirak edən İndustriALL Qlobal İttifaqının baş katibi Valter Sançez bildirib ki, BƏT-in işçilərin maraqlarının müdafiəsi üçün həyata keçirdiyi layihəni vətəşəbbüslərini dəstəkləyir:"Bu addım sürətlə dəyişən əmək sistemində işçilərin qarşılaşdıqları çətinliklərə cavab olacaq. Təhlükəsiz və layiqli əmək sisteminin tətbiqi  imkanlarını genişləndirəcək".

Cavid Səfərov