"Instagram" da yenilik olacaq


Baxıldı : 132

Tarix : 2017-02-25 00:11:26


"Instagram" istifadəçiləri tezliklə çoxdan gözlənilən funksiyasını əldə edəcəklər Bundan sonra onlar bir postda ona qədər şəkil və video yükləyə biləcəklər. Bu barədə xidmətin rəsmi bloqunda bildirilir.

 Funksiya özünün sadəliyi ilə öyünə bilər. Onlarla şəkil və videoçarx yükləmək üçün, sadəcə, dərclər bölməsinə daxil olmaq və xüsusi düyməyə sıxmaq lazımdır. Bundan sonra materialların hər birini ayrı-ayrılıqda redaktə etmək və ya bütün şəkil və videolar üçün yeganə filtr yükləmək mümkündür. Şəkillərin sıralanması onların üzərinə sıxılma sırası ilə davam edir.

 Modernləşdirilmiş postlar lentdə aşağısında mavi nöqtə ilə işarələnəcək. Dərclərə baxmaq üçün onların üzərində barmaqla hərəkət etmək lazımdır.

 Şirkət bildirir ki, yeni funksiya martın əvvəlindən bütün istifadəçilərin istifadəsinə veriləcək.

Azər MUSTAFAYEV