İntellektual oyun  keçirilib


Baxıldı : 109

Tarix : 2019-03-07 05:29:26


Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə açıq çempionat keçirilib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən yarışda respublikanın müxtəlif ali təhsil ocaqlarını təmsil edən 300 nəfərdən artıq tələbədən ibarət 51 komanda mübarizə aparıb. Çempionat üç turdan ibarət olub.

Yarışı giriş sözü ilə açan THİK-in sədri Daşqın Qənbərov Bakı Dövlət Universitetinin ötən 100 il ərzində ölkəmizin həyatında oynadığı rolu diqqətə çatdırıb. Yarışın keçirilməsi üçün yaradılan şəraitə görə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini cənab Firudin Qurbanova öz minnətdarlığını bildirib.

Yarışın yekun nəticəsinə görə ilk 3 yeri tutan komandalar kubok və diplomlarla mükafatlandırılıb.