İntellektual oyunlar təşkil olunub


Baxıldı : 371

Tarix : 2017-12-27 19:13:40


Sumqayıt Texnologiyalar Parkında (STP) müəssisənin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ilk dəfə olaraq, "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

STP-nin yaranmasının 9-cu ildönümünə həsr olunmuş bu yarışda müəssisənin müxtəlif departament və zavodlarını təmsil edən 11 komanda və qonaq qismində təşrif buyuran "Expressbank" komandası birincilik uğrunda mübarizə aparıb.

Yarışın yekun nəticələrinə müvafiq olaraq I yerə Maliyyə Departamentinin "Maliyyə" komandası, II yerə Katiblik Şöbəsinin "Assorti" komandası, III yerə isə Biznesin İnkişafı Şöbəsinin "BİR" komandası layiq görülüb.

Sonda qaliblər Həmkarlar İttifaqı Komitəsi tərəfindən kubok, medal və digər qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

Azər MUSTAFAYEV