İntellektual yarış


Baxıldı : 62

Tarix : 2019-03-04 04:36:18


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi şəhər 12 №-li tam orta məktəbin akt zalında kollec tələbələri və peşə məktəbi şagirdləri arasında “Nə?, Harada? Nə zaman?” intellektual bilik yarışı keçirib.

Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva giriş sözü ilə çıxış edərək dövlətimizin gənc nəslə göstərdiyi diqqət və qayğıdan danışdı və iştirakçılara uğurlar arzuladı.

Münsiflər Heyətinin qərarına əsasən, Şəki Dövlət Regional Kollecinin “Nəsimi” komandası I, “Bumeranq” komandası II, Şəki Dövlət Texniki Kollecin “Uğur” komandası III, Şəki Şəhər 1 №-li Peşə Məktəbinin “Peşəkar” komandası isə IV yerə layiq görüldülər.

Qalib komandalara Şəki Rayon Komitəsinin Fəxri fərmanı və hədiyyələri təqdim edildi.

Tədbirin sonunda Şəki Dövlət Regional Kollecinin tələbəsi Nərmin Səlimzadə, Şəki Dövlət Texniki Kollecin tələbəsi Tamerlan Məmmədrəhimov çıxış edərək gənclər arasında belə tədbirlərin təşkilinə görə minnətdarlıqlarını bildirdilər.