İntellektual yarışma


Baxıldı : 78

Tarix : 2017-12-15 21:40:56


Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Sabah qruplarının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarışma baş tutub. Yarışmada universitetin müxtəlif fakültələrinin tələbələrindən ibarət olan 29 komanda mübarizə aparıb.

Tədbirdə BDU THİK-in sədri Daşqın Qənbərov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Yarışmanın yekun nəticəsinə görə,  birinci yeri The Five - SABAH psixologiya komandası tutub.  Ergenekor-Ergenekon - SABAH filologiya və 4+1 - SABAH psixologiya komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Yer tutan komanda üzvləri BDU THİK  tərəfindən diplom və pul mükafatı ilə təltif  olunublar.

Azər MUSTAFAYEV