İqlim dəyişikliyinə qarşı məktəblilərin tətili


Baxıldı : 77

Tarix : 2019-02-18 05:36:57


İngiltərədə 50-dən çox məktəbin şagirdləri iqlim dəyişikliyinin və onun fəsadlarının qarşısının alınması üçün hökumətlər tərəfindən hər hansı bir addım atılmamasına qarşı tətil keçirib. “İqlim üçün Gənclik Tətili” devizi ilə başladılan etiraz aksiyasına dünyanın hər yerindən məktəb şagirdləri növbəli şəkildə dəstək verirlər. İlk dəfə ötən ilin avqustunda İsveç Parlament binası önündə 16 yaşlı gəncin başlatdığı aksiyaya indiyə qədər dünyada  270 məktəbdə 70 min şagirdin iştirakı ilə dəstək verilib.  İngiltərənin bir sıra həmkarlar təşkilatları da məktəblərdə başlayan tətilə dəstək veriblər.

Birləşmiş Millətlər İqlim Dəyişikliyi Hökumətlərarası Paneli Qlobal istiləşmənin fəsadlarının artmasını önləmək üçün təcili tədbirlər görülməsi barədə xəbərdarlıq edib.

Londonda Milli  Təmiz Hava Zirvəsində çıxış edən şəhərin meri Sadık Xan iqlim dəyişikliyi və hava kirliliyinə qarşı məktəblilərin tətilini dəstəkləyib və hökumət nümayəndələrini təcili addım atmağa çağırıb.

Cavid SƏFƏROV