İş planı təsdiqləndi


Baxıldı : 27

Tarix : 2017-12-01 22:18:23


Noyabrın 24-də Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının II Məclisi keçirildi. Məclisdə sahə Hİ Respublika Komitəsinin sədri Telman Quliyev  "Təbii sərvətlər və ekologiya işçiləri həmkarlar ittifaqının inkişafı, problemləri, perspektiv vəzifələri" mövzusunda məruzə etdi.

Sonra təşkilati məsələyə baxıldı. Respublika Komitəsinin sədri Telman Quliyev AHİK-in İcraiyyə Komitəsinin, 5 nəfər Məclisinin üzvü, 50 nəfər isə AHİK-in V qurultayına nümayəndə seçildi.

Daha sonra Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Qoşqar Həmzəyev tədbir iştirakçılarına növbəti il üçün təşkilatın iş planının layihəsini təqdim etdi. Layihə müzakirə edilərək qəbul olundu.

Gündəlikdə duran məsələlər barədə Məclis üzvləri Valeh Bağırov, Validə Nuriyeva, Nahidə İbrahimova, İbrahim Muxtarov, Nazim Hümbətov, Səidə Ağabalayeva çıxış etdilər.