İş saatının normadan artıq tətbiqi problemlər yaradır


Baxıldı : 67

Tarix : 2018-10-06 04:54:33


Bina İnşaatı və Tikinti Materialları İşçiləri Həmkarlar İttifaqı (BİTMİHİ)  Yaponiyada keçiriləcək 2020-ci il Olimpiya Oyunları ilə əlaqədar davam edən tikinti işlərində çalışanların hüquqlarının müdafiəsi ilə əlaqədar Beynəlxalq Forum keçirib. Foruma Olimpiya və Paralimpiya Təşkilat Komitəsi Tokio Şəhər Bələdiyyəsi nümayəndələri, sponsor şirkətlərin və təşkilatçı qurumların üzvləri qatılıblar.

Giriş sözü ilə çıxış edən BİTMİHİ-nin baş katibinin köməkçisi Dietmar Şafers 7 Oktyabr  Ümumdünya Layiqli Əmək Günü barədə danışıb. Forumda sosial dialoqla bağlı təcrübələrin iştirakçılara çatdırılması ilə bağlı məlumat verib.

İlk paneldə çalışanların sosial problemi ilə bağlı geniş müzakirələr aparıldı. Layihə sahiblərinin qarşılaşdığı problemlər gündəmə gətirilib. BİTMİHİ-nin Avropa üzrə katib müavini və İsveç  İnşaat İşçiləri  Həmkarlar  İttifaqıTəşkilatının sədri Yohan Lindholm inşaat işlərinin  vaxtında təhvil verilməsinə birinci problem kimi texniki avadanlıqların yetərsizliyini göstərib.

Bir digər əsas müzakirə  isə inşaat sektorunda subpodratçılığın geniş yayılmasına qarşı işçi hüquqlarının necə qorunması idi. BİTMİHİ-nin Asiya üzrə katib müavini Deiv Nonan  bildirib ki, bir çox şirkət gəlirləri hesablayaraq kənar işçilərin cəlbinə imkan yaradır və müddətli müqavilə ilə çalışanların sayı normadan artıq olur: “Bu işçinin həm hüquqlarını pozur, həm də daim işsizlik təhlükəsi ilə üz-üzə qoyur. Bundan başqa, Olimpiya Oyunları ilə bağlı tikinti başlayan gündən bu yana həmkarlar ittifaqı təşkilatlarının gündəmə gətirdiyi əsas problem iş saatının normadan artıq tətbiqidir. Ötən ay bir işçi üçün aylıq 190 saat  normadan artıq işə cəlb olunma qeydə alınmışdır. Bu, sağlamlıq və təhlükəsizliklə bağlı problemlərin yaranmasına səbəb olur”.