İş sistemində yüksək standartlara nail olmaq üçün


Baxıldı : 42

Tarix : 2017-08-18 23:33:33


2008-ci il oktyabrın 7-də bu günün Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilməsi yönündə beynəlxalq təşkilatlar tərəfindən 10 illik  kampaniya başladıldı. Bu il bu kampaniya 10-cu ilinə qədəm qoyur və ətrafında milyonlarla insanı birləşdirir.

Kampaniya çərçivəsində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası kooperativ acgözlüyə qarşı mübarizə aparmış sorğu və layihələr həyata keçirmişdir. Məlum olmuşdur ki:

-Dünya əhalisinin ən zəngin 1 faizinin sərvəti digər 99 faizin sərvətindən çoxdur.

-İnsanların 71 faizi hökumətlərin maaş artımı ilə bağlı işlər görməli olduğunun tərəfdarıdır.

-Çalışanların 80 faizi olkələrində minimum əməkhaqqının aşağı olduğunu düşünür.

Bu il sona yetəcək olan Ümumdünya Layiqli Əmək Günü kampaniyasının ildönümündə bir sıra beynəlxalq həmkarlar ittifaqı təşkilatları iş sistemində yüksək standartlara nail olmaq üçün dövlət orqanlarına və işəgötürənlərə müraciət ünvanlayacaq. Əgər hökumətlər iqtisadi inkişafa çatmaq və qlobal iqtisadiyyatın bir parçası olmaq  məqsədi güdürlərsə, ilk növbədə insan amilini əmək sisteminin mərkəzi hesab etməli və onun iş standartlarının yüksəldilməsinə, maddi-mənəvi təminatına önəm verməlidir. Ümumdünya Layiqli Əmək Gününün builki məqsədi  diqqətləri ölkələrdə minimum əməkhaqqının azlığına yönəltmək, dövlət sektorunda çalışanların maaşlarının artırılmasına nail olmaq, əməyin təhlükəsizliyi ilə bağlı  çətinliklərin həlli yollarını müzakirə etmək, bütün çalışanlara həmkarlar ittifaqı təşkilatlarına birləşmək  və hüquqlarının müdafiəsi yönündə söz sahibi kimi imkanı verməkdir".

Cavid SƏFƏROV