İş yerlərini xilas etmək üçün dərhal təsdiqlənməlidir


Baxıldı : 171

Tarix : 2020-04-02 16:59:41


 

Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) gələn həftə toplanan Avropa İttifaqının (Aİ) maliyyə nazirlərini və Şuranı, Avropa Komissiyasının qısamüddətli işlərə və koronavirus böhranı zamanı iş yerlərinin və əməkhaqlarının qorunması məqsədi ilə əlavə tədbirlərə dəstək olmaq üçün 100 milyard avro məbləğində  inamlı sxem-təklifini dəstəkləməyə çağırır.
AHİK üzv dövlətləri bu sxemin ən qısa müddətdə işləməsi üçün lazımi təminatları tez bir zamanda Avropa Komissiyasına təqdim etməyə çağırır!
AHİK Avropa Komissiyası tərəfindən edilən səyləri alqışlayır və üzv dövlətlərə hər bir ölkədə qısa müddətli iş yerləri və ya oxşar sxemlər yaratmağı tövsiyə edən dəqiq qaydalar hazırlamağı xahiş edir. Bu vasitələrlə bütün işçilər və şirkətlər əhatə olunsun, eləcə də sosial tərəfdaşlar onların inkişafı və həyata keçirilməsində iştirak etsinlər.
AHİK-in Baş katibi Luka Visentini deyib ki, bu sxem təcili olaraq kütləvi işsizliyin və dərin bir tənəzzülün qarşısını almaq üçün lazımdır. Həmkarlar ittifaqları Avroqrupu və Şuranı dərhal razılığa gəlməyə, bunu tez bir zamanda icra etməyə çağırır. Hər gün getdikcə daha çox iş yeri itirilir.  İş yerlərinin itirilməsinin qarşısının alınması və əməkhaqqının qorunması üzrə ambisiyalı tədbirləri gözləyə bilmərik. 
Komissiyanın layihənin maliyyələşdirilməsi üçün bazarlarda pul toplamasının faydası ondan ibarətdir ki, bu Aİ-nin bütün ölkələrinə tətbiq olunacaq. Son böhrandan sonra əziyyət çəkən Yunanıstan və digər ölkələrə belə böyük ziyan vurmuş əks-məhsuldar şərtlərlə müşayiət olunmayacaq.
Bütün üzv dövlətlərin bu plana uyğun qısamüddətli iş və ya oxşar sxemlər yaratması çox vacibdir. Bu sxemlər bütün işçiləri və şirkətləri əhatə etməlidir. Eləcə də sosial tərəfdaşların onların inkişafında və tətbiqində iştirakı da mühümdür.
Sxemin fəaliyyətə tətbiqi Avropa təkrarsığorta sisteminin yaradılması planlarının işsizlikdən ləğv olunacağı anlamına gəlməməlidir. Avrozonanın gələcək böhranlardan qorunması üçün hələ də daimi sxemə ehtiyac var.