İş yerlərinin qorunması sxemi təsdiqləndi


Baxıldı : 58

Tarix : 2020-05-22 06:38:30


Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələr komitəsini “SURE” (fövqəladə hallarda işsizlik risklərini azaltmaq üçün dəstək proqramı) haqqında əsasnaməni qəbul etməsini alqışlayıb. O deyib ki, rəhbərlik etdiyi təşkilat Avropa İttifaqının bu qərarını yüksək qiymətləndirir. Təəssüf ki, qərarın qəbul olunması prosesi iş yerlərini və işçilərin gəlirlərini riskə atan bir neçə üzv ölkənin veto qoymasına görə bir aya qədər uzandı.  

Üzv dövlətlər zəmanətlərin dərhal verilməsini və SURE-nin mümkün qədər tez fəaliyyət göstərməsini təmin etmək üçün qərar qəbuletmə prosesini sürətləndirməlidirlər. Avropada mövsümi və müvəqqəti işlərdə çalışan 42 milyon işçi artıq gözləyə bilməz.

Biz həmçinin üzv dövlətləri bürokratik prosedurları sürətləndirməyə və benefisiarlara  kompensasiyanı ödəməyə çağırırıq. Milyonlarla işçi iki aydan çoxdur ki, haqları çatdığı maliyyə dəstəyini hələ də almamışdır. Komissiyadan üzv dövlətləri qısamüddətli məşğulluğun əhatə dairəsini genişləndirməyə sövq etmək, qeyri-standart və özünəməşğulluq formasında işləyən insanlar daxil olmaqla bütün işçilərə əməkhaqqının 80 faizindən az olmayan təzminat ödənilməsi üçün təcili göstəriş verməyi xahiş edirik.