İş yükünün çoxluğu xidmətə mənfi təsir göstərir


Baxıldı : 33

Tarix : 2018-08-31 18:41:23


Birləşmiş Krallığa məxsus Cersey adasının  mərkəzi xəstəxanasında çalışan tibb bacıları işçi sayının yetərsizliyinə və maaş azlığına etiraz ediblər. “Unite” Həmkarlar İttifaqından məsələ ilə bağlı verilən açıqlamada çalışanlar iş yükünün çoxluğu və maaş azlığı ilə əlaqədar başqa yerlərə ezam olunmaqla bağlı  müraciət ediblər.

İttifaq bütün tibb bacılarının maaşlarının artırılmasını tələb edib. Bildirilib ki, əməkhaqqı  Cerseydəki yaşayış standartlarına uyğunlaşdırılmalıdır.  Xəstəxana rəhbərliyi personalın sosial xərcləmələrini nəzərə almalıdır.

“Unite”nin bölgə üzrə nümayəndəsi Terry Keefe yaranan problemin xidmətə də mənfi təsir etdiyini deyib. O bildirib ki, Cersey sakinləri məsələyə məsuliyyətli yanaşmalıdır: “Əsas xidmət göstərilən onlardır və xəstəxananın idarəçiliklə bağlı aldığı qərarlar xidmətin keyfiyyətinə mənfi təsir göstərəcək. Tibb bacıları ilə müzakirələrimizi bitirib, xəstəxana rəhbərliyinə tələblərimizi bildirəcəyik. Əgər qarşı tərəfdən hər hansı bir addım atılmasa, tətil və aksiyalar təşkil olunacaq”.

Cavid Səfərov