İşçi birliklərinin mövqeyi güclənir


Baxıldı : 172

Tarix : 2017-12-22 22:29:33


"Unite" Həmkarlar İttifaqı Birləşmiş Krallığın Sunderland şəhərində yerləşən "Nissan" avtomobil şirkətinin fabrikində yeni sənaye müqaviləsi imzalayıb. Müqavilədə dialoqun gücləndirilməsi, sənaye əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı maddələr yer alıb.

Toplantıda çıxış edən "Unite"nin baş katibi Len MakKluski deyib ki, şirkətlə ilk sənaye müqaviləsi 1986-cı ildə imzalanıb. O zaman şirkətin 500 işçisi var idi. Hazırda isə Sunderlandda yerləşən zavodda 7000 işçi çalışır və keçən müddət ərzində çalışanların sayında sabit artım qeydə alınmışdır. Zavod ildə 500 min avtomobil istehsal etmək gücünə sahibdir. Yeni imzalanan sənaye müqaviləsi zavodun işçi birliklərinin mövqeyini gücləndirəcək.  Bu gün "Nissan" dünya ölkələrində yüksək satışa nail olan və avtomobil bazarında xüsusi yer tutan bir markadır. Təkcə Sunderlandda deyil, şirkətin digər istehsal və satış müəssisələrində həmkarlar ittifaqları ilə qarşılıqlı münasibət mövcuddur. Yeni müqavilə sənaye sektorunda həmkarlar ittifaqı təşkilatı üzvlərinin imkanlarını artıracaq və digər qurumlar üçün də stimul olacaq.