İşçi hüquqlarının pozulmasına etiraz


Baxıldı : 46

Tarix : 2017-07-28 20:27:05


Argentina Naviqasiya Kampaniyasında (ANK) işçi hüquqlarının və kollektiv müqavilənin şərtlərinin pozulması Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (BNİF) və Argentina Hava Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı (AHNİHİ) tərəfindən etirazla qarşılanıb. AHNİHİ-dən mətbuata verilən açıqlamada kollektiv müqavilənin şərtlərini pozmaqla şirkətin hökumət tərəfindən ratifikasiya olunmuş BƏT-in 87, 98 saylı konvensiyalarına əməl etmədiyi bildirilib. Şirkət son iki ildə maaşların inflyasiyaya uyğunlaşdırılması yönündə hər hansı bir addım atmayıb. Bundan başqa, həmkarlar ittifaqı təşkilatına üzv olan işçilərin heç bir səbəb göstərilmədən işdən atılması və həmkarlar təşkilatlarının iş yerlərində fəaliyyətinə imkan yaradılmaması etirazlara səbəb olub.

BNİF-in Amerika üzrə regional katibi Antonio Rodrigez qurumun  kollektiv müqavilənin şərtlərinə əməl etməsini tələb edib və yerli həmkarlar ittifaqı təşkilatlarına bu mübarizədə dəstək  verəcəklərini açıqlayıb.

BNİF-in mülki hava sektoru üzrə katibi Qabriel Mokho ANK şirkətini həmkarlar ittifaqı təşkilatlarının müraciətinə cavab verməyə çağırıb, baş vermiş pozuntuların həlli yönündə AHNİHİ ilə yenidən razılıq əldə olunmasının tərəflər üçün daha düzgün bir addım olacağını deyib

 

 

Cavid Səfərov