İşçilər hökumətə müraciət etdi


Baxıldı : 64

Tarix : 2018-11-17 04:29:39


Mərkəzi Amerikada yerləşən”Alcoa”  Alüminium Şirkətinin İspaniyadakı müəssisələrində 700-ə yaxın işçinin ixtisarla təhdid olunmasına qarşı aksiya keçirilib. Nümayişə qatılan işçilər hökumətdən vəziyyətə müdaxilə etməsini tələb edib. Ölkənin Çalışma və Sosial Müdafiə naziri Maqdalena Valerio bildirib ki, biz kommunist idarəetmə rejimində yaşamırıq ki, hər qərarına görə özəl şirkətlərə müdaxilə edə bilək.

Oktyabrın 17-də “Alcoa” şirkəti Aviles və La Corunada yerləşən müəssisələrinin bağlanacağı və 700-ə yaxın çalışanın işsiz qalacağı barədə açıqlama yayıb. Şirkət səbəb kimi elektrik enerjisinin qiymətinin artmasını, texnoloji avadanlıqların istifadəsinin maliyyə cəhətdən sərfəli  olmadığını və Çin alüminium şirkətinin istehsalı artıraraq bazarda mövqeyinin möhkəmlənməsini göstərib. Açıqlamadan sonra çalışanlar  yürüş təşkil edərək hökumətdən məsələ ilə bağlı addım atmasını tələb edib. İndustriALL Avropa İttifaqının Baş katibinin köməkçisi  Luis Kolunqa hökumətin tez bir zamanda tədbir görməli olduğunu qeyd edib.

Son bir ayda davam edən aksiyalara görə, hökumət şirkətə elektrik enerjisinin daha ucuz qiymətə verilməsi barədə təklifini verib. Lakin mütəxəssislər səbəb kimi elektrik enerjisinin qiymətinin göstərilməsini birmənalı qarşılamayıblar .

Qeyd edək ki, şirkət İtaliyanın Sardiniya əyalətindəki  müəssisəsinin də  bağlanılması haqda qərar qəbul  edib. İndustriALL Qlobal İttifaqından məsələ ilə bağlı  hazırlanan hesabatda “Alcoa”nın aldığı bu qərarların işçi hüquqlarına münasibətdə imicinin zədələndiyi qeyd olunub.

Cavid SƏFƏROV