İşçilər hüquqları ilə bağlı məlumatlandırılmalıdır


Baxıldı : 24

Tarix : 2018-09-08 03:07:32


Avropa Birliyi (AB) Avropa ölkələrində miqrantların əmək bazarında hüquqlarının pozulma hallarının daha da çoxaldığını bildirib. AB-nin Əsas Hüquqlar Agentliyinin İngiltərə, Fransa və Polşada apardığı araşdırmalardan sonra hazırlanan hesabatda bu barədə bildirilib. Burada həftəlik  iş saatı normasına əməl olunmaması, əməyin sui-istismar edilməsi və sair haqqında məlumat verilib. Agentliyin Avropadakı təxminən 240 miqrantdan götürdüyü reportajda onların əksəriyyəti iş yerində şiddətə və haqsızlığa məruz qaldığını deyib. Agentliyin direktoru Mişel Flaherti mətbuata verdiyi açıqlamada şiddət və istismar hallarının qarşısının alınması üçün yoxlamaların daha ciddi və tez-tez aparılmasının vacibliyini qeyd edib. O deyib ki, işçilər özləri və ailələrinə daha yaxşı həyat qurmaq ümidi ilə miqrant kimi çalışdığı ölkələrdə fürsətcil işəgötürənlər tərəfindən istismara məruz qalır: “Çalışanların işini itirmə qorxusu onları bu əziyyətə qatlanmağa məcbur edir. Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, dünyada 25 milyona yaxın çalışanın əsas əmək hüquqları pozulur”.

Hesabatda  miqrant işçilərin bəziləri daha az maaş qarşılığında çalışdıqlarını, iş zamanı bir sıra ehtiyaclar üçün icazə verilmədiyini, təhdid və şiddətə məruz qaldıqlarını ifadə ediblər.

Agentlikdən bildiriblər ki, kənd təsərrüfatı və istehsal sahələrində daha ciddi problemlərin olduğu qeyd edilib. İşçilər tələblərə əməl edilmədiyi təqdirdə qovulma və ölkədən deportasiya olunacaqlarından qorxurlar. 

İngiltərədə bir təmizlik şirkətində çalışan slovakiyalı miqrant açıqlama verib ki, müfəttiş gəldiyi zaman hər şeyin yaxşı olduğunu, problem olmadığını deyək deyə bizlərə tapşırıq verilir. Əks təqdirdə qovulacağımızı bildirirlər.

Hesabatda bildirilib ki,  istismarçı işəgötürənlərlə bağlı AB ölkələri tədbir görməli, çalışanlar hüquqları ilə bağlı məlumatlandırılmalı və yoxlamalar artırılmalıdır.

 

Cavid Səfərov