İşçilərə inflyasiyadan sonrakı dövrlər üçün də ödəniş tələbi


Baxıldı : 64

Tarix : 2018-07-28 04:41:06


İngiltərənin Sunderland bölgəsində “Liebherr Group” tikinti şirkətinin 28  kran mütəxəssisi maaşların azlığı ilə əlaqədar avqustun 9-10-u və 16-17-də tətil keçirməyi planlaşdırır. Onlar iyul ayından isə iş saatından artıq çalışmağı rədd ediblər. Tətilə “Unite” və “GMB” həmkarlar təşkilatları rəhbərlik edirlər.

Şirkət daha öncə  maaş artımı tələb edən etirazçılara 3 faizlik şirkət hissəsi təklif etsə də, bu, qəbul olunmamışdır. Şirkət öz rəsmi  səhifəsindən verdiyi açıqlamada yarandığı  dövrdən bu yana ilk dəfə  təxminən 10 milyard avro dövriyyəyə nail olmuşdur.

“Liebherr Group”da çalışanlar arasında tətilə dəstəklə bağlı keçirilən səsvermədə 79 faizlik müsbət nəticə əldə edilib. Şirkət 150 funt-sterlinq ödəniş və 2019-cu ildən etibarən bayram tətillərinin 1 gün artırılması təklifini edib. “Unite” nin nümayəndəsi Mark Sanderson  təklifi yüksək qiymətləndirsə də, bundan öncəki dövrlərdəki maddi anlaşılmazlığın da həllini tələb edib: “Liebherr Group” tarixinin ən yüksək dövriyyəsində pay sahibi olan işçilərinə inflyasiyadan sonrakı dövrlər üçün ödəniş nəzərdə tutmalıdır.  Biz avqustda keçirilməsi planlaşdırılan tətilə qədər şirkətlə danışıqlar masasına oturmağa hazırıq və tələblərimizə uyğun təkliflərini gözləyirik”.

Cavid SƏFƏROV