İşçilərin hüquqları və sərbəst toplaşma azadlığı pozulur


Baxıldı : 51

Tarix : 2018-12-17 04:45:47


Kanadanın Poçt İşçiləri Həmkarlar İttifaqı(PİHİ)  hökumət tərəfindən təklif olunan və 2019-cu ildən qüvvəyə minəcək əmək qanunvericiliyində dəyişikliklərə qarşı etiraz aksiyası keçirəcəyini bildirib. İttifaqın katibi Mayk Palacek dəyişikliklə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, səsverməyə qoyulan təkliflər işçilərin hüquqlarını və sərbəst toplaşma azadlığını ciddi şəkildə pozur: “Nəzərdə tutulan dəyişikliyə əsasən, işçilərin hər hansı bir səbəbdən tətili zamanı buna ayrılan vaxt məhdudlaşdırılır, bir çox sahələrdə olduğu kimi, poçt işçiləri də həftəlik normadan artıq işləməyə məcbur edilir.

“UNİ Post & Logistiks” in katibi Kornelia Broos  məsələyə münasibət bildirərkən deyib ki, əsas böhran işçilərin yeni dəyişiklik zamanı sağlamlığının və təhlükəsizliyinin nəzərə alınmamasıdır. Bundan başqa görülən işə nisbətdə verilən əməkhaqqı yetərli deyil. Poçt işçiləri dekabrın sonlarında dəyişikliklə bağlı tələblərə baxılmasa  tətil keçirəcək. Tətilin qarşısının alınması üçün dəyişikliklə bağlı qərara yenidən baxılmalıdır.

Poçt işçilərinin etirazlarına bir sıra yerli və beynəlxalq təşkilatlardan dəstək verilib. UNİ Qlobal İttifaqı və 30-a yaxın ölkənin həmkarlar təşkilatları Kanada hökumətindən PİHİ ilə razılıq əldə olunmasını tələb edib.

Qeyd edək ki, 2011-ci ildə Kanadanın mühafizəkar hökuməti  də PİHİ-nin fəaliyyətinə mane olmağa çalışmış, fəallar təqiblərə məruz qalmışdı. Hazırkı liberal hökumət də  əmək qanunvericiliyində dəyişiklik edərək poçt sahəsində çalışanların tətil hüququnu  tapdalayır.