İşdən ayrılsa da, qayğıdan uzaq düşmədi


Baxıldı : 165

Tarix : 2020-05-16 03:23:32


9 May - Faşizm üzərində Qələbənin 75-ci ildönümü ərəfəsində Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) İcraiyyə Komitəsinin bir neçə üzvü II Dünya müharibəsi iştirakçısına bərabər tutulan, vaxtilə “Nərimanov” elektrik deposunun keçmiş işçisi Suliddin Quliyevə onun mənzilində baş çəkiblər.
Onlar “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və MİHİ-nin sədri Arif Mərdanovun adından veteranı Qələbə günü münasibətilə təbrik ediblər.
Suliddin Quliyev hərbi xidmət illərindən, metropolitendə çalışdığı dövrdən yaddaqalan hadisələri xatırlayıb. “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinin daim ona göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Qonaqlar müharibə veteranının səhhəti, ailə-məişət qayğıları ilə maraqlanıblar. Təəssüf ki, bu il Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi pandemiya ilə əlaqədar olaraq müalicə ocaqları qapalı olduğundan veterana sanatoriyaya yollayış vermək mümkün olmayıb. Veteranla görüşə əliboş gəlməyən qonaqlar ona öz bayram hədiyyələrini təqdim ediblər.