İşlər daha da sürətlənməlidir


Baxıldı : 36

Tarix : 2017-10-14 04:03:19


Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Avropa Gender Bərabərliyi İnstitutunun (AGBİ) son iki ilin nəticələri nəzərə alınaraq hazırladığı "gender bərabərliyi indeksi" nəşrini məmnuniyyətlə qarşılayıb. Sənəddə 2015-ci ildən bu yana qadınlar və kişilər arasında iş, vaxt, maliyyə, məlumat və güc sahəsində bərabərliyin nisbətən təmin olunduğu, bununla belə, prosesin çox yavaş aparıldığı vurğulanıb. Qeyd olunub ki, vaxt və güc bölgüsündə hələ də bərabərlik tam təmin olunmayıb. Araşdırmaya daxil edilən ölkələrdə də  fərqlər dərinləşib. İnkişaf etmiş ölkələrdə bu yöndə məqbul irəliləyiş izlənsə də, inkişafda olan ölkələr gender bərabərliyinə daha çox diqqət və sərmayə ayırmalıdır.

Nəticələrə münasibət bildirən AHİK-in Konfederal katibi Montserrat Mir Avropa Birliyinin gender bərabərliyi strategiyasının önəmini diqqətə çatdırıb. O qeyd edib ki, son illərdə bu yöndə əldə olunan irəliləyişlər təqdirəlayiqdir: "Lakin işlər daha da sürətlənməli, 2018-ci ildə Avropa Komissiyasının, cinsi bərabərsizliyin aradan qaldırılması çərçivəsində xüsusi tədbirlər görülməlidir. Cəmiyyətdə cinslər arasındakı maliyyə bərabərsizliyi isə ən vacib problemdir. Nümayəndəsi olduğum qurum AGBİ-nin gender bərabərsizliyinin aradan qaldırılması yönündə apardığı işləri yüksək qiymətləndirir".

 Cavid SƏFƏROV