İSRAİLDƏ  TİBB BACILARI  TƏTİL edir 


Baxıldı : 223

Tarix : 2020-07-27 04:17:04


 

İsraildə koronavirus pandemiyası fonunda tibb bacılarının tətili başlamışdır, “The Jerusalem Post” məlumat verir ki, etirazçılar tibbi personalın çatışmazlığından və uzunmüddətli iş saatları ilə yüklənmələrdən şikayət edir, həmçinin əməkhaqlarının artırılmasında israr edirlər. Aksiya iyulun 20-də səhər saat 7-də başladı. 

Onlar xəstəxanalar və xəstəxana kassalarında tibb bacıları üçün yeni tarif tələb edirlər. Bir neçə gün əvvəl Maliyyə Nazirliyi və həmkarlar ittifaqı təşkilatı arasında bu problemlə bağlı aparılan danışıqlar nəticəsiz başa çatıb. Görüşdə tibb bacılarının maraqlarını müdafiə edən Hİ sədri İlana Koen diqqətə çatdırıb ki, tibb bacıları növbəyə yüzlərlə yeni işçinin cəlb olunmasını tələb etdilər. İşçi qüvvəsinin azlığı səhiyyə sisteminin çökməsinə gətirib çıxaracaq. Maliyyə nazirliyinin nümayəndəsi Turner Eial tibb bacılarının tələblərinin yerinə yetirilməsinin ancaq gələn il mümkün olacağını söyləyib.
Səhiyyə naziri Yuli Edelşteyn da İxilov Xəstəxanasına səfəri zamanı tibb bacılarına dəstək verdiyini bildirib və Maliyyə Nazirliyini işçi qüvvəsinin çatışmazlığından əziyyət çəkən tibb bacıları üçün əlavə dəyişikliklərin təsdiq edilməsinə çağırıb: “Biz keyfiyyətli işçi qüvvəsi sistemini gücləndirəcəyik və koronavirusu məğlub etdikdən sonra da sistemin imkanlarını genişləndirəcəyik”. Edelşteyn əlavə etdi ki, işçi qüvvəsinin çatışmazlığı yeni deyil və yalnız koronavirus böhranı ilə daha da şiddətləndi.
Tibb internatlarının həmkarlar ittifaqları da bazar ertəsi səhər saat 10-dan günorta saatlarına qədər “növbə və ya tətil” şüarı altında tətilə qoşulublar. Tətil zamanı yalnız xəstəxanalarda koronavirus şöbələri və xəstələrə təcili yardım göstərən növbətçi tibb bacıları fəaliyyət göstərir.