İşsiz olduğum üçün qeydiyyatdan keçərək “Azərpoçt”dan dövlət tərəfindən verilən 190 manatı almışam


Baxıldı : 32

Tarix : 2020-05-22 06:53:02


- Qeyd etdiyiniz 190 manat işsiz və xüsusi karantin dövründə işini itirən qeyri-formal işləyən şəxslərə verilən birdəfəlik sosial yardımdır. Ölkə başçısı 19 mart 2020-ci ildə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalamışdır. 4 aprel 2020-ci ildə isə Nazirlər Kabineti həmin Sərəncamın icrası ilə əlaqədar tədbirlər planını təsdiq etdi. Birdəfəlik sosial yardım da həmin Sərəncamın icrasından irəli gələn tədbirlərdən biridir.

Qeyd edilən şəxslərə aprel ayı üçün ödənişlər edilmişdir. Bu ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara verildi.

 Növbəti ödəniş kart vasitəsilə həyata keçiriləcək. Belə vətəndaşlar üçün bank kartları veriləcək. Bu kateqoriyadan olan şəxslərə hazırlanmış kartları götürmələri üçün qeydiyyatdan keçdikləri telefon nömrələrinə SMS məlumatlar göndərilir. Siz qeydiyyatdan hansı nömrə ilə keçmisinizsə, məlumat həmin nömrəyə gələcək. Bu kartı əldə etdikdən sonra istənilən bankomat vasitəsilə may ayı üçün vəsaiti əldə edə biləcəksiniz.

Birdəfəlik sosial yardımı alan şəxslərə həmin kartların verilməsi “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərindən irəli gəlir. Həmin qanuna əsasən, dövlət vəsaitinin nağd şəkildə verilməsi qadağandır.