İşsizlik səviyyəsi aşağı düşüb


Baxıldı : 154

Tarix : 2018-12-22 06:39:40


Latın Amerikası və Karib dənizi ölkələrində işsizlik səviyyəsi aşağı düşüb. Beynəlxalq Əmək Təşkilatının (BƏT) hazırladığı məruzəyə görə, 2018-ci il üçün işsizlik 7,8%-ə qədər azalıb. Daha öncəki 3 ildə isə bu rəqəm 8,1 faizdən yüksək idi.

 BƏT-in region üzrə  direktoru Karlos Rodrigez  bildirib ki, 2018-ci ilin ilk 9 ayında iqtisadiyyatın  yavaş tempdə inkişafı işsizlik səviyyəsinə də öz təsirini göstərir. Bununla belə,   daha çox işlər görülməlidir. Statistika 25 milyona yaxın qadın və kişinin hələ də işsiz olduğunu göstərir.

BƏT-in bölgə üzrə iqtisadçısı  Huqo Nopo işsizlər arasında gənclərin sayının çox olmasından öz narahatlığını ifadə edib. O deyib ki, 15-25 yaş iş axtaranların 20 faizdən çoxu məqsədlərinə nail ola bilməyiblər.

Məruzədə, həmçinin  çalışma dünyasında   cinsi bərabərsizliyi azaltmağa yönələn işlərin də aparılmasının vacibliyi vurğulanıb. Belə ki, işsizlərin çox hissəsini qadınlar təşkil edir.