İstənilən barmaqlarını tərpədə biləcəklər


Baxıldı : 228

Tarix : 2017-12-15 21:33:39


Corciya Texnologiya İnstitutundan olan alimlər qrupu tərəfindən hazırlanmış əl protezi amputasiya edilmiş ələ malik insanlara bundan əvvəl qeyri-mümkün olan hərəkətləri etməyə imkan verir. İxtira edilən yeni protez ultrasəs sensoru ilə təchiz edilib. Ultrasəs sensoru əldə məhz hansı əzələlərin yığıldığını göstərir.

Xüsusi alqoritmlər bu sensorun məlumatlarını dəqiq interpretasiya etməyə imkan verir və nəticədə protez sahibinin tərpətmək istədiyi barmaqlar hərəkət edir.

Süni əl prototipi üzrə sınaqlar da uğurlu keçib.

Azər MUSTAFAYEV