İstismara və yetərsiz əmək şəraitinə qarşı tətil


Baxıldı : 144

Tarix : 2019-07-08 07:15:12


HonKonq da yerləşən “Prosperiou  Printing” şirkətinə məxsus “Zongwan Printing” zavodunun 100-dən çox işçisi tətil keçirib. Buna səbəb əmək şəraitinin yetərsizliyi, istismarın artması və maaşların aşağı olmasıdır. Şirkət rəsmi internet səhifəsindən verdiyi açıqlamada tez bir zamanda tətilə qoşulanlarla danışıqlar başlanılacağını və məsələnin həllini tapacağını bildirib. Lakin xəbər saytlarında rəhbəliyin vəziyyətə biganə mövqeyi diqqətə çatdırılıb. Etirazçıların mətbuata verdiyi məlumatda bildirilir ki, vəziyyət gündən-günə daha da pisləşir. Zavodda yeməklərin keyfiyyəti də aşağı səviyyədədir. Çalışanların qalması üçün nəzərdə tutulan yataqxanada təchizat çatışmazlığı  var. Müvəqqəti müqavilə ilə çalışanların əməyi daha çox istismar olunur. Onlar aşağı əməkhaqqı ilə normadan çox işləməyə məcbur edilirlər. “Zongwan Printing” zavodu bölgədə ən  pis nüfuza malik zavod olaraq bilinir.

Qeyd edək ki, “Prosperiou  Printing” şirkətində tək problem “Zongwan Printing” zavodunda deyil. Şirkət  bir sıra müəssisələrdə istehsalı minimuma qədər azaldıb və işçilər ixtisar olunub. Buna səbəb kimi ABŞ-Çin iqtisadi müharibəsinin  yan təsirləri olduğu ehtimal edilir.