İttifaq üzvləri arasında stolüstü dama yarışı


Baxıldı : 62

Tarix : 2020-01-31 16:03:50


TİAHİ Şəki Rayon Komitəsinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin yaranmasının 100 illiyi ilə əlaqədar tərtib etdiyi “Tədbirlər planı”na uyğun olaraq yanvarın 29-da ittifaq üzvləri arasında stolüstü dama  yarışı keçirib. Olimpiya sisteminə uyğun keçirilən yarışda 64 nəfər ittifaq üzvü ( 5 nəfəri qadın olmaqla) iştirak edib.

Yarışda I yeri şəhər 20 saylı tam orta məktəbin müəllimi Hikmət Şahvələdov, II yeri Qoxmuq kənd tam orta məktəbin müəllimi Asiman Musayev, III yeri şəhər 7 saylı tam orta məktəbin müəllimi Asif Nağıyev, IV yeri isə şəhər 20 saylı tam orta məktəbin müəllimi Tərlan Məmmədov tutub.

Qadınlar arasında isə I yerə Orta Zəyzid kənd 2 saylı tam orta məktəbin  müəllimi Rəvanə Rzayeva, II yerə Qoxmuq kənd tam orta məktəbin müəllimi Asudə Nəbiyeva, III yerə UGİM-nin texniki işçisi Məlakə Rəhimova, IV yerə UGİM-nin dərnək rəhbəri Arzu Hümmətova layiq görülüb.

Qaliblər  Şəki rayon komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə, o cümlədən fərqlənən iştirakçılar da  hədiyyə ilə mükafatlandırılmışlar.