IV Qlobal ...


Baxıldı : 258

Tarix : 2016-03-11 06:36:00


IV Qlobal Bakı ForumuMartın 10-da Azərbaycanın paytaxtı Bakıda \ Çoxqütblü dünyaya doğru\ mövzusunda IV Qlobal Bakı Forumu keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları martın 10-da Bakıda keçirilən \ Çoxqütblü dünyaya doğru\ mövzusunda IV Qlobal Bakı Forumu Forumda iştirak ediblər.Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilib. Bundan başqa, Forumun gündəliyinə enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də daxildir.Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.IV Qlobal Bakı Forumunu açan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin hazırda dünyanı narahat edən məsələlərin çoxşaxəli olduğunu deyib, bu problemlərin aradan qaldırılması üçün müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırıb. O, IV Qlobal Bakı Forumunun bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb və bu cür mötəbər tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu Forumun dünyada baş verən mühüm və qlobal məsələlərin müzakirəsi baxımından artıq ənənəyə çevrildiyini deyib. Dövlət başçısı ötənilki görüşdən sonra dünyada bir çox dəyişikliklərin baş verdiyini qeyd edib, bu tədbirin məqsədlərindən birinin də planetdə gərginliyin azaldılması, əməkdaşlıq və qarşılıqlı anlaşma üçün əsasların yaradılması olduğunu diqqətə çatdırıb: \ Əlbəttə, müzakirələrin mövzuları hamımız, bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Lakin əminəm ki, Forumda iştirak edən qonaqlar öz dəyərli fikir və ideyaları ilə dünyada sülh, təhlükəsizlik və proqnozlaşdırıla bilmə naminə bu işə töhfələrini verəcəklər. Hər bir beynəlxalq forum, onun səviyyəsi əsas etibarilə tədbir iştirakçılarının səviyyəsindən asılıdır. Burada, qonaqlarımız arasında 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai xadimlər və mütəxəssislər vardır. Bu isə bizim bu gün və sabah aparacağımız müzakirələrin səviyyəsini nümayiş etdirir.Sonuncu dəfə ötən ilin yazında görüşümüzdən bu günədək dünyada vəziyyət dəyişmişdir. Hamımız bunun şahidiyik və təəssüf ki, dəyişikliklər müsbət məcrada olmamışdır. Dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək.Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı - bunlar son illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına yardım edə bilər\ .Bu il ölkəmizin müstəqilliyinin 25 illiyini qeyd edəcəyini söyləyən dövlət başçımız ötən dövrdə Azərbaycanın bir çox problemlərlə üzləşdiyini, terror və müharibəyə məruz qaldığını vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyini bildirərək nəzərə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxması ilə bağlı qətnamələri hələ də həyata keçirilmir. BMT qətnamələrinin icra mexanizminin yenidən işlənməsinə zərurət yaranıb.\ Ermənistan sülh istəmir və status-kvonun dəyişməməsinə çalışır\ , - deyən dövlət başçısı işğal olunmuş ərazilərdə hər şeyin məhv edildiyini, tarixi abidələrin, qəbiristanlıqların dağıdıldığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, işğalçı cəzalandırılmalıdır, əks halda o, planlarını davam etdirəcək və təhlükə də daim mövcud olacaq.Azərbaycanda bütün azadlıqların təmin olunduğunu, iqtisadiyyatın inkişaf etdiyini, yoxsulluğun azaldıldığını, sosial və infrastruktur layihələrinin icra olunduğunu, sərmayələr üçün münbit şəraitin yaradıldığını, iqtisadi islahatların uğurla aparıldığını diqqətə çatdırıb. İndi əsas məqsəd iqtisadiyyatda neft və qazdan asılılığın azaldılmasıdır. Hazırda nəqliyyat infrastrukturunun yaradılması, enerji sektorunun daha da inkişaf etdirilməsi istiqamətində işlərin getdiyini vurğulayıb, \ Cənub\ qaz dəhlizinin əhəmiyyətindən danışıb, bu layihənin reallaşmasında Azərbaycanın mühüm rolunun olduğunu bildirib. Bu il ölkəmizdə \ Multikulturalizm ili\ elan edildiyini, müstəqillik illərində bu meyilin daha da möhkəmləndiyini və dövlət siyasətinə çevrildiyini bildirib. Ötən il Bakıda birinci Avropa Oyunları keçirilib, gələn il isə İslam Həmrəylik Oyunları baş tutacaq. Bizim əsas məqsədimiz ölkəmizin uğurlu inkişafını təmin etməkdir.Sonra Bolqarıstan prezidenti Rosen Plevneliyev, Albaniya prezidenti Buyar Nişani, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili çıxış ediblər.Daha sonra Böyük Britaniyanın baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktub oxunub. Məktubu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq oxuyub.Kanadanın baş naziri Castin Trudeaunun, UNESCO-nun baş direktoru İrina Bokovanın Forum iştirakçılarına videomüraciətləri nümayiş etdirildikdən sonra Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edib. Forum öz işini sessiya və panel iclaslarla davam etdirib. Martın 11-də panel müzakirələri yekunlaşdıqdan sonra IV Qlobal Bakı Forumu başa çatıb.Azər MUSTAFAYEV