İxtisar planı çalışma prinsipinə zərbə vurur


Baxıldı : 53

Tarix : 2017-07-22 00:25:04


"Glaxo Smith Kline" (GSK) dərman şirkəti Böyük Britaniyada izlədiyi strateji xəttə uyğun olaraq işçi ixtisarlarının gözləndiyini açıqlayıb. "Unite" Həmkarlar İttifaqı şirkətin Sussex bölgəsində yerləşən fabrikində 240-a yaxın işçinin çıxarılacağı xəbərindən sonra  rəhbərliklə danışıqlara başlayıb.

İttifaqın bölgə üzrə  nümayəndəsi Mik Polek şirkətin sərmayəni fərqli yönlərdə istifadə etməklə ixtisarlara yol açmasının düzgün strategiya olmadığını vurğulayıb.  O bildirib ki, vəziyyət işçilərin maddi rifahına mənfi təsir göstərir.

İttifaqın əczaçılıq sənayesi üzrə nümayəndəsi Toni Devlin şirkətin ixtisarla bağlı elanının çalışanların iş prinsipinə  zərbə olduğunu, "Unite"nin səbəbləri müzakirə etmək üçün şirkət rəhbərliyi və hökumət nümayəndələri ilə yaxın zamanda danışıqlar masasına oturacağını diqqətə çatdırıb.

O, qeyd edib ki, bizi önümüzdəki günlərdə çətin sınaq gözləyir: "Orada çalışan üzvlərimizin hüquqlarının müdafiəsi yönündə sona qədər mübarizə aparacağıq".

Cavid SƏFƏROV