İxtisar planına qarşı hökumətə müraciət


Baxıldı : 41

Tarix : 2017-08-04 20:29:32


Hindistanın "Datavind" texnologiya şirkətinin Heydərabad bölgəsində yerləşən zavodunun işçiləri hökumətə rəhbərliyn ixtisar planları ilə bağlı müraciət ediblər.

Müraciətdə çalışanlar rəhbərliyin zavodu bağlamaq istəyinin araşdırılmasını istəyiblər. Əmək Nazirliyi məsələni aydınlaşdırmaq üçün zavod rəhbərliyinin və həmkarlar ittifaqı təşkilatı nümayəndəliyinin iştirakı ilə toplantı keçirib. "Datavind" şirkətinin nümayəndəsi Heydərabadda yerləşən zavodun hava limanına yaxın olduğunu və oranın genişləndirilməsi ilə əlaqədar  burada çalışanların Şəmsabadda yerləşən zavodda işlə təmin ediləcəyini bildirib. Həmkarlar ittifaqlarının nümayəndələri isə qeyd olunan zavodun  bu qədər heyətin çalışması üçün yetərli olmadığını və ixtisar planının mərhələli şəkildə aparılacağını iddia ediblər. Həmçinin qeyd olunub ki, hökumət istehsalın inkişafı üçün şirkəti gəlir vergisindən azad edib. Bununla belə, onlar ixtisar planlarını həyata keçirərək daha çox qazanc məqsədi güdürlər.

 

Cavid SƏFƏROV