İxtisar planına qarşı qələbə


Baxıldı : 201

Tarix : 2018-01-19 19:11:48


Qırğızıstanda fəaliyyət göstərən “Full Gold” Çin  mədənçilik şirkəti bir müddət əvvəl 370 nəfər əməkdaşını  mərhələli şəkildə ixtisar etmək barədə qərar qəbul etmişdi. İşçilərin Qırğızıstan Mədənçilik və Metallurgiya Sənayesi İşçiləri Həmkarlar İttifaqına (QMMSİHİ) müraciətindən sonra şirkət rəhbərliyi danışıqlara razılıq vermişdir.

Şirkət maddi problemləri əsas gətirərək birinci mərhələdə 200-ə yaxın çalışanla yolları ayırmağı və maaşları 30 faizə qədər azaltmağı planlaşdırırdı. QMMSİHİ yürütdüyü kampaniya ilə rəhbərliyin bu qərarının onun imicinə mənfi  təsir edəcəyini göstərdi. Uzun müzakirələrdən sonra  “Full Gold” planları ləğv edərək müştərək müqavilə bağlamağa razılıq verdi. Müqavilədə qazancların artmasıyla əməkhaqqında da artım olacağı ilə bağlı maddə öz əksini tapıb.

İndustriALL Qlobal İttifaqının bölgə üzrə katibi Vadim Borisov QMMSİHİ-nin qələbəsini yüksək qiymətləndirib. Və anlaşılmazlığın həllindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, “Full Gold” şirkəti 2011-ci ildə Cənubi Qırğızıstandakı İştamberdi ərazisinin 20 illik istifadəsi ilə bağlı hökumətlə müqavilə bağlayıb.

 

 Cavid SƏFƏROV