(iyulun 10...


Baxıldı : 171

Tarix : 2016-07-15 10:52:00


(iyulun 10-da)...Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrinə həsr olunan iclasında iştirak və çıxış edib (çıxışın mətni ixtisarla 2-ci səhifədə dərc olunur).(iyulun 11-də)...Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul edib. (iyulun 13-də)...Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 2016-cı il dövlət büdcəsində \ Avtomobil Yolları\ Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılması barədə Sərəncam imzalayıb.(iyulun 14-də)...ölkəmizə rəsmi səfərə gələn Ukrayna Prezidenti Petro Poroşenkonu rəsmi qarşılayıb....və Ukrayna Prezidenti Petro Poroşenko rəsmi qarşılama mərasimi başa çatdıqdan sonra təkbətək görüşüblər....və Ukrayna Prezidenti Petro Poroşenko təkbətək görüş başa çatdıqdan sonra iki ölkənin Prezidentləri Şurasının Beşinci İclasında iştirak ediblər....və Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan - Ukrayna sənədlərinin imzalanması mərasimində iştirak ediblər....və Ukrayna Prezidenti Petro Poroşenko sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər....ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Petro Poroşenkonun şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə iştirak edib.(iyulun 15-də)...İsveçrə Konfederasiyasının Maliyyə naziri Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ...Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.