Jurnalist araşdırması çay plantasiyalarında dəhşətli şəraitin üstünü açıb


Baxıldı : 197

Tarix : 2015-10-17 00:42:00


\ BBC\ telekorporasiyası \ İUF\ Qlobal Həmkarlar İttifaqı Assosiasiyasının vasitəsilə Hindistanın Assam ştatındakı çay plantasiyalarında çalışan insanların əmək şəraiti haqqında şok reportaj hazırlayıb. Xatırladaq ki, bu çay plantasiyası bir çox aparıcı dünya brendlərini xammalla təchiz edir. Jurnalistlərin sözlərinə görə, burada əmək və həyat şəraiti o qədər pis, məvaciblər isə o qədər aşağıdır ki, işçilər və onların ailə üzvləri daimi aclıqdan əziyyət çəkir və ölümcül xəstəliklərə məruz qalırlar.Hindistanda plantasiya işçiləri və onların ailələri şirkətlərə məxsus qəsəbələrdə yaşayır. Bu, çay becərilən sahələrin yaşayış yerlərindən uzaq rayonlarda yerləşməsi ilə bağlıdır. Ölkədə bu sektorda çalışanların zəhmətini, gəlirlərini və vəziyyətini tənzimləyən xüsusi qanunlar fəaliyyət göstərir. Qanuna əsasən, şirkətlər işçiləri layiqli yaşayış yeri ilə təmin etməlidirlər. Əhalisinin əksər hissəsinin münasib yaşayış şəraiti olmayan ölkə üçün bu cür əsasnamələr mühüm əhəmiyyətə malikdir.Lakin sahibkarlar bir çox hallarda bu şərtləri yerinə yetirmirlər. Qəsəbələrdəki evlər yaşam normalarına tam cavab vermir və orada yaşayan insanların sıxlığının nəzərə alınmaması da vəziyyəti kritik həddə çatdırır. \ BBC\ -nin tədqiqat apardığı plantasiyalarda yaşayış binaları dəhşətli vəziyyətdə idi: sızan damlar, dağılmış döşəmələr, uçmaq təhlükəsi olan divarlar, bərpad sanitariya sistemləri. Burada illərlə təmir aparılmayıb. Assamda gündəlik qazanc 115 rupi təşkil edir, halbuki adıçəkilən ştatda qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqı 177 rupidi. Həmin bu evləri işçilərə pulsuz istifadəyə verməklə şirkət sahibləri əməkhaqlarının çox az olmasına haqq qazandırırlar.Qeyri-insani şərait, antisanitariya və yoxsulluq çoxsaylı xəstəliklər üçün zəmin yaradır. Tədqiqatlar işçilərin və onların ailə üzvlərinin qidalanma səviyyəsinin hətta Hindistan standartlarından çox aşağı olduğunu göstərir. Tibb xidmət mərkəzlərinə müraciət edən 10 xəstədən 9-u nəinki xəstəlikdən, həm də aclıqdan əziyyət çəkir. Əhali arasında daha çox yayılmış \ yoxsulların xəstəlikləri\ - diareya, respirator və dəri xəstəlikləri, həmçinin vərəm və meningitdir. Plantasiyalarda yaşayan uşaqlar aclıq və xəstəliyin faciəli həlqəsinə daha çox məruz qalırlar: doyunca yeməməkdən onlar hətta adi xəstəlikdən belə stasionar müalicə almağa məcburdular, həkimlərin səyi nəticəsində sağalan həmin uşaqlar evə buraxıldıqları zaman yenidən xəstələnirlər. Belə uşaqlar arasında ölüm halları digər pasiyentlərə nisbətən daha yüksəkdir. Onların kiçik yaşlarından fiziki əməklə məşğul olmaları vəziyyəti bir qədər də çətinləşdirir.Sağlamlığa digər təhlükə - əməyin mühafizəsi şərtlərinə məhəl qoyulmamasıdır. Jurnalistlər çalışan insanların lazımi fərdi mühafizə vasitələri olmadan pestisidlərin çilənməsini lentə alıblar. Plantasiyaların birində işçilər qoruyucu ləvazimatın onlara ildə bir dəfə verildiyini və həmin mühafizə vasitəsinin bir neçə aydan sonra yararsız hala düşdüyünü, ancaq dəyişdirilmədiyini deyiblər. Bunun nəticəsində - kimyəvi zəhərlənmə, tənəffüsün pozulması, dəri iltihabı və iştahsızlıq yaranır.Bütün bunlara baxmayaraq, şirkətlərin menecerləri problemlərin olduğunu inkar edirlər. Jurnalistin sualını cavablandıran \ Assam Company\ - nin nümayəndəsi qeyd edib ki, əmək mühafizəsinin pozulmasına dair ittihamlar \ yalan və əsassızdır\ . \ Mcleod Russel\ -dən isə bildirmişlər ki, işçilərin əmək təhlükəsizliyi və yaşayış şəraiti bu şirkətin prioritetidir... Lakin, təəssuflər olsun ki, plantasiyalarda çəkilən bir çox videokadrlarda deyilənlər öz əksini tapmır- işçilər tənəffüs orqanları və əllərini müdafiə etmədən pestisidləri çiləyirlər.\ İUF\ Qlobal Həmkarlar İttifaqı Assosiasiyasının baş katibi Ron Osvald Hindistanda çay plantasiyası işçilərinin hansı şəraitdə çalışdıqlarını və yaşadıqlarını ictimaiyyətin diqqətinə çatdırılması yönündə \ BBC\ -nin reportajının önəmini xüsusi qeyd edib. O həmçinin bildirib: \ Biz telekorporasiyaya ən çox yayılmış pozuntular haqda məlumatlarımızı ötürmüşdük. Problemlər isə çoxdur. Çay əkini ilə məşğul olan şirkətləri həmkarlar ittifaqları ilə təcili tədbirlər görülməsinə və layiqli həyat şəraitinə dair birbaşa danışıqlara başlamağa çağırırıq\ .Elçin ZAKİRİ