Kəlağayı\ butiki təşkil edilib


Baxıldı : 185

Tarix : 2016-03-11 04:34:00


Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Parisdə \ Beaugrenelle\ Ticarət mərkəzində azərbaycanlı dizayner Mənzər Hacıyevanın \ Kəlağayı\ butikini təşkil edib.İki gün ərzində ticarət mərkəzində şəhər əhalisi və turistlərin azərbaycanlı dizaynerin üzərində qrifi olan kəlağayı, ipək və kəşmir yaylıqlarını tanımaq və öz aksessuarlarını tamamlamaq imkanı olacaq.Mənzər Hacıyeva da Azərbaycanın ənənəvi baş geyimi olan \ Kəlağayı\ ya yeni nəfəs verərək onun yenidən dəbə minməsinə və inkişafına öz töhfəsini verib. Azərbaycanlı dizayner öz brendini yaradaraq kəlağayını dəb aksessuarı kimi təqdim edir.Yaratdığı əl işlərini Azərbaycan mədəni irsinə daha yaxşı inteqrasiya etməsi üçün Mənzər Hacıyeva dizaynlarında ənənəvi və müasir elementləri, rəngləri, ipək üzərindəki rəsmləri son dərəcə ustalıqla bir-birinə uyğunlaşdırır.Qeyd edək ki, Azərbaycan kəlağayı sənəti \ Kəlağayı simvolizmi və ənənəvi sənəti\ adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına 2014-cü ildə daxil edilib.Cavid SƏFƏROV