Kəndlilər üçün zəmanət fondu yaradılacaq


Baxıldı : 309

Tarix : 2015-11-13 03:35:00


Azərbaycanda aqrar sektorun yeni inkişaf strategiyası çərçivəsində fermerlərin və mülkiyyətçilərin maliyyə imkanlarının yaxşılaşdırılması başlıca məqsədlərdən biridir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) özəl banklar, lizinq şirkətləri, sığorta təşkilatları və digər donorlarla birgə aqrar sahənin yeni maliyyələşmə mexanizmlərinin hazırlanmasını nəzərdən keçirir. Layihədə kənd təsərrüfatı kreditlərinin zəmanət və sığorta fondlarının yaradılması təklif olunur. KTN artıq bu sahədə bəzi donorlardan müsbət cavab alıb. Azərbaycan Mikromaliyyə Assosiasiyası və digər kredit qurumlarla birgə kənd təsərrüfatı korporativləri və sığorta fondlarının yaradılması nəzərdə tutulub. Kənd təsərrüfatı üzrə mütəxəssis İsa Məmmədovun sözlərinə görə, əsas məqsədlərdən biri kənd təsərrüfatı kreditlərinə təminatın həll olunmasıdır. Bu gün kənd yerlərində yaşayan əhalinin, fermerlərin xeyli hissəsi kreditlərdən bəhrələnə bilmir. Bunun səbəbi isə odur ki, kredit alarkən onu girovla təmin edə bilmirlər. Kredit təşkilatları isə torpağı girov kimi qəbul etmir, onlar üçün əsas girov subyekti əmlakdır. Ona görə də Zəmanət Fondu fermerə zəmanət məktubu verə bilmir. Bu məqsədlə Zəmanət Fondu yaradılmalıdır. Təbii fəlakət və əlverişsiz iqlimlə bağlı aqrar sahəyə dəyən ziyanı fond üzərinə götürməlidir. Fermer ondan asılı olmayan səbəblərə görə əlverişsiz iqlimlə bağlı itki ilə üzləşərsə, fond zərəri kompensasiya etməlidir. ELBRUS